Olçü: 13 mm x 24 mm Ümumi məlumat da qeyd edilən fiziki-mineraloji xüsusiyyətlər məlumatlandırma məqsədlidir, məhsulumuzda həmin xüsusiyyətlərə birəbir bənzərlik olmaya bilər. Obsidian, vulkanik fəaliyyət nəticəsində yaranan ekstruziv maqmatik (səth hissələrdə meydana gələn) mineraldır.. Bu mineral, lavanın sürətlə soyuması nəticəsində yaranan təbii bir şüşədir. SiO2 (silisium dioksid) tərkibi ilə obsidian, kvarsa bənzəyir, lakin onun strukturu tamamilə fərqlidir, çünki lava çox sürətlə soyuyur və kristalların yaranmasına imkan vermir. Bu sürətli soyuma nəticəsində obsidianın böyük hissəsi şüşə şəklində qalır. Mohs sərtlik şkalasında obsidianın sərtliyi 5-6 arasında dəyişir, bu da onu kəsici alətlər və bəzək əşyaları üçün yararlı edir. Çatdırılma və digər qaydalar: • Məhsul yalnız həvəsləndirmə və maraq məqsədli satışa qoyulub. • Çatdırılma həftənin dördüncü günü, saat 12:00-dan 18:00-a qədər 28 may metrostansiyası yaxınlığına mümkündür. • Məhsulun geri qaytarılması isə məhsulu əldə etdiyiniz zaman baxış keçirib, geri təqdim etmənizlə mümkündür.
Obsidian, yüksək silisium
(SiO2) tərkibli maqmanın sürətlə soyuması nəticəsində yaranır.
Lava, yerin səthinə çatdıqda, havadakı daha soyuq temperaturla
tez bir zamanda soyuyur, bu da şüşə strukturu əmələ gətirir. Obsidianın
xüsusiyyətlərini müəyyən edən başlıca amil, lava içindəki çirkləndirici
elementlər və mineral mövcudluğudur, bu da daşın rəngini və naxışını təsir
edir.Obsidianın ən çox rastlanan rəngi qara olsa da, o, qəhvəyi,
boz, qırmızı, yaşıl və hətta şəffaf rənglərdə də
tapıla bilər.
Your experience on this site will be improved by allowing cookies.