Ölçü: 14 mm x 16 mm Ümumi məlumat da qeyd edilən fiziki-mineraloji xüsusiyyətlər məlumatlandırma məqsədlidir, məhsulumuzda həmin xüsusiyyətlərə birəbir bənzərlik olmaya bilər. Akvamarin adı Latın dilindən götürülmüşdür; "aqua"-su, "marinus"-dəniz deməkdir.Akvamarin dünyanın müxtəlif bölgələrində çıxarılır, o cümlədən Braziliya, Nigeriya, Pakistan və Madaqaskar. Xüsusilə, Braziliya akvamarini özünəməxsus aydınlığı və parlaq rəngləri ilə məşhurdur. Akvamarin, beril minerallarının bir növüdür. Onun kimyəvi tərkibi Be3Al2(Si6O18) -dir. Akvamarin daşının əsas tərkibi berilium, alüminium və silisiumdur. Mohs ölçüsü üzrə 7,5-8 arasında dəyişir. Akvamarinin zəif çatlama xüsusiyyətləri və şüşə parıltısı var. Çatdırılma və digər qaydalar: • Məhsul yalnız həvəsləndirmə və maraq məqsədli satışa qoyulub. • Çatdırılma həftənin dördüncü günü, saat 12:00-dan 18:00-a qədər 28 may metrostansiyası yaxınlığına mümkündür. • Məhsulun geri qaytarılması isə məhsulu əldə etdiyiniz zaman baxış keçirib, geri təqdim etmənizlə mümkündür.
Akvamarin əsasən qranit peqmatitlərində və hidrotermal damarlar içərisində əmələ gəlir. Qranitik mayenin kristallaşmasından sonra geridə qalan maye, peqmatitlərin yaranmasına səbəb olur. Bu mayelər, silisium, alüminium və berilium kimi uçucu elementlərlə zəngindir və maqma soyuduqca sıxlaşaraq kristalləşir. Akvamarin kristalları uzun müddət ərzində böyüyərək özünəməxsus altıbucaqlı prizmatik formalarını alır.Hidrotermal sistemlər vasitəsilə də akvamarin yaranır. Bu mayelər yer qabığında çatlar və boşluqlarla hərəkət edərək, minerallar və metallar ilə zənginləşir. Bu proses də milyonlarla il çəkə bilər.
Akvamarinin rəngləri çox fərqlidir, açıq mavi, solğun mavi və
sarımtıl mavi tonlarda ola bilər. Akvamarin bəzən istilik tətbiq edilərək rəngi
dəyişdirilə bilər, lakin bu praktika bəzi zərgərlər və kolleksiyaçılar
tərəfindən mənfi qarşılanır. Akvamarin mavi və yaşıl rənglərin müxtəlif
tonlarında ola bilər. Ən çox rast gəlinən rənglər açıq mavi və sarımtıl
mavidir.
Your experience on this site will be improved by allowing cookies.