rd.unioninfo@gmail.com 0555433097

Geologiyanı öyrənirik, təbiəti başa düşürük

₼ 30

Bu 1 aylıq online kurs, uşaqların kiçik geoloqlar kimi ətraf aləmi daha yaxından tanımağa və baş verən təbiət hadisələrini anlamağa kömək edəcək. Kurs boyunca övladlarınız, geoloji izahların xüsusi materiallar əsasında hazırlanmış izahları ilə dünyagörüş inkişafını əldə edəcəklər. Eyni zamanda, kursun sonunda, onlara özünüifadə bacarıqları qazandırmaq məqsədilə, psixoloq ilə bonus dərs də təqdim ediləcək.

First Name*
Last Name*
Phone Number*

Overview

Niyə bu kurs?

- Kurs, uşaqların qavrayışına uyğun olaraq, sadə, əyləncəli və interaktiv dərslərdən ibarətdir.Hər dərs video materiallar,animasiyalar ilə zəngindir.

- Təlimçilərimiz geologiya üzrə ixtisaslaşmış gənclərdir və uşaqların öyrənmə prosesini maraqlı və asan hala gətirmək üçün təcrübəyə malikdirlər. Bonus dərs isə təcrübəli psixoloq tərəfindən keçiriləcək ki, uşaqların həm təhsil, həm də psixoloji inkişafına dəstək olunsun.

- Uşaqlar kurs boyunca yalnız geologiya öyrənməyəcək, həm də ətraf mühitin qorunması, təbiətə olan sevginin və diqqətin önəmini anlayacaqlar.


Kursa necə qatılmaq olar?

Bu kurs yalnız 9 yaşdan 14 yaşa qədər  olan uşaqlar üçün uyğundur. Sadəcə qeydiyyatdan keçin və övladınızın bu maraqlı və faydalı təhsil yolculuğuna başlamağa yol açın.  Kursumuzun proqramında tapşırıqlara yer ayırmamışıq, çalışırıq ki, uşaqlar məktəb-kurs yükləntiləri ilə bərabər digər yükləntilərə məruz qalmasın.İnteraktiv keçən dərslər ilə daha yaddaqalıcı və öyrənmə təşviq edən mühit formalaşdırırıq.


Üstəlik, nə əldə edəcəksiniz?

1.Övladınız kursu bitirdikdən sonra, geologiya sahəsində əldə etdiyi bilikləri təsdiq edən "həvəsləndirmə sertifikatı" alacaq.

2.Uşaqlar bu kursda təbiətə və ətraf mühitə olan sevgilərini artıracaq və bu, gələcək dünyamızın qorunmasında tərəfimizdən əkilmiş kiçik toxumlardan olacaqdır. 


Valideynlər üçün mühüm xəbərdarlıq:

-Bu kurs, uşaqların yalnız təhsilini deyil, həm də psixoloji inkişafını dəstəkləyəcək bir yanaşma ilə hazırlanıb. Psixoloq tərəfindən keçirilən bonus dərs, uşaqların özünü ifadə və özünə inam bacarıqlarını inkişaf etdirməyə yönəlib.

-Övladınızın təbiətə olan marağını artırmaq və eyni zamanda onların dünyagörüşünü inkişaf etdirmək istəyirsinizsə, bu kurs mükəmməl fürsətdir!

Ad göstərilməyib

.

Təlimçilər sahə üzrə ixtisaslaşmış və təlim-tədris proseslərində yaxından iştirak edən gənclərdir. Gənclər övladlarınız üçün müasir yanaşmalarla zəngin təlim proqramları təqdim edir. Təlimçilərimiz, həmçinin uşaqların təbiətə olan marağını artırmağa yönəlmiş təhsilverici və interaktiv metodlardan istifadə edərək, hər bir iştirakçının fərdi inkişafına diqqət yetirirlər.

0 ITEMS
₼ 0