rd.unioninfo@gmail.com 0555433097
Show the way to success:

A collaborative space where ideas, information, and insights flow freely, fostering learning and growth among all participants.

Explore us

Neft-qaz ixtisasları

Yer elmləri ixtisasları

Dağ-mədən ixtisasları

Elmi-tədqiqat işləri

Kursumuz haqqında qısa məlumat

son xəbərlər

Ən son xəbərlərimizə nəzər yetir

F.A.Q

Tez-tez verilən suallar

Saytımıza qeydiyyatdan keçərək bir neçə faydalı imkan əldə edirsiniz. Bunlardan bəziləri siz qeydiyyatdan sonra bütün iştirak etdiyiniz tədbirləri asanlıqla izləyə bilərsiniz. Ayrıca, CV-nizi və digər şəxsi məlumatlarınızı platformada qeyd edərək, bu məlumatları bizim izləmə siyahımıza əlavə edirsiniz. Şirkət əməkdaşlarının bizə müraciətlərində sizin məlumatlar bazada analiz edilərək, sizə məlumat verildikdən sonra sahəniz üzrə uyğun şirkətə ötürülür.

Siz saytımızda üzv kimi qeydiyyatdan keçdikdə (üzvlük ödənişsizdir) CV məlumatlarınızı platformada doldura bilirsiniz və məlumatlarınız bizim bazaya əlavə edilir. Bu məlumatlar əsasında biz müxtəlif şirkətlərin tələblərinə uyğun olaraq, sizi analiz edirik. Şirkətlər bizə müraciət etdikdə, sizin ixtisasınıza və təcrübənizə uyğun və onların tələblərinə uyğun şəkildə yönləndirmə edirik. Beləliklə, siz daha uyğun və faydalı karyera imkanlarına çatma şansı əldə edirsiniz.

Saytımızda ölkəmizdəki universitetlərin daxili təqaüd proqramları, xaricdə təhsil imkanları və müxtəlif təqaüd/təcrübə proqramları barədə ətraflı məlumatlar mövcuddur. Bu bölmə vasitəsilə gənclər, fərqli təhsil və təcrübə proqramlarına dair yenilənmiş məlumatlara asanlıqla çatacaq və öz karyera inkişaflarını dəstəkləyəcək fürsətlərdən yararlanacaqlar. Bunun üçün "Xəbərlər" bölməsində "Təhsil" alt bölməsini, "Digər xidmətlər" bölməsindəki "Təqaüd proqramları" və "Work and Travel" alt bölməsini mütəmadi izləmənizi tövsiyə edirik.

Bəli, saytımızda onlayn kurslar yerləşdirmək mümkündür. Bunun üçün bizimlə əlaqə saxlayaraq kurs planınızı rdunion.careers@gmail.com ünvanına göndərməlisiniz. Biz kursunuzun uyğunluğunu nəzərdən keçirərək sizinlə əməkdaşlıq etmək üçün əlaqə saxlayacağıq.

Saytımıza abunə olaraq, müasir və daim yenilənən xəbərlərdən vaxtında xəbərdar ola bilərsiniz. Yalnız elektron poçt ünvanınızı qeyd edərək, bizdən yeni məzmunlar, yeniliklər və xüsusi təkliflər barədə məlumat alacaqsınız. Abunəlik sizə yalnız faydalı və maraqlı xəbərləri təqdim etmək məqsədi daşıyır və bu xidmət tamamilə pulsuzdur. Bu bölmə saytımızın "Ana səhifəsində" an aşağıda yerləşir.

Saytımızda bütün tədbirləri izləmək üçün Event Calendar (Tədbir Təqvimi) mövcuddur. Bu təqvim vasitəsilə keçiriləcək tədbirləri asanlıqla yoxlaya və maraqlandığınız tədbirlərə qeydiyyatdan keçə bilərsiniz. Bu bölmə "Haqqımızda" bölməsinin alt bölmələri sırasındadır.

Elmi işlərin hazırlanması prosesində tələbələrə və gənc alimlərə geniş dəstək xidmətləri təqdim edir. Biz müştərilərimizi elmi işlərin mövzusu, strukturu və metodologiyası barədə konsultasiya edərək, onların işlərinin əsas ideyasını inkişaf etdiririk. Eyni zamanda, məlumat toplama, araşdırma metodologiyası, yazı və strukturlaşdırma, tətbiqi proqramların istifadəsi və təqdimat hazırlığı kimi sahələrdə dəstək veririk. Hər bir müştəriyə fərdi yanaşma tətbiq edərək, elmi işlərinin keyfiyyətini artırmaq, müstəqil iş bacarıqlarını inkişaf etdirmək və uğurlu müdafiəyə hazırlamaq üçün praktiki tövsiyələr təqdim edirik. Müraciət üçün "Digər xidmətlər" bölməsindəki "Elmi işlərə dəstək" altbölməsinə daxil olun.

Sertifikatınızı yoxlamaq üçün sertifikatı aldığınız zaman verilən kodu Sertifikatını Yoxla bölməsinə daxil etməlisiniz. Bu kodu daxil etdikdən sonra sertifikatınızın təsdiqini asanlıqla görə bilərsiniz.

Şirkətinizin işçiləri üçün xüsusi peşəkar təlimlər, tətbiqi proqram kursları, mütəxəssis konsultasiya xidmətləri və inkişaf proqramları təşkil edirik. Təlimlərimiz, işçilərinizin bilik və bacarıqlarını artıraraq məhsuldarlıq və səmərəliliyi yüksəldir. Eyni zamanda, onlayn, əyani və hibrid formatda kurslar təqdim edərək çevik inkişaf imkanları formalaşdırırıq. Şirkətinizin xüsusi ehtiyaclarına uyğun olaraq mütəxəssislərlə konsultasiya xidmətləri də təklif edir, hər bir proqramı və xidmətimizi sizin strateji məqsədlərinizə uyğun fərdiləşdiririk.

Bəli, sosial layihələr (rəsmi və ya qeyri-rəsmi), təşəbbüskar gənc komandalar və təşkilatlar ilə əməkdaşlıq qurmaq imkanımız var. Bu fəaliyyətlərin daha da keyfiyyətli olması üçün əməkdaşlıqlarımızda dəstəkləyici mövqe almaqdan məmnunluq duyarıq. Həmçinin, fəaliyyətlərimizə, sosial layihələrimizə sponsor olmaq istəyən şirkətlər üçün xüsusi bölməmiz də mövcuddur. Əgər sizin təşkilatınız və ya şirkətiniz bu sahələrdə maraqlıdırsa, "rdunion.partnerships@gmail.com" mail ünvanına müraciət edə bilər.
0 ITEMS
₼ 0